d55329e2 bec9 47b5 a7fc 5c1b32a4593d qarabag726820655 251ce61985af6faceb967ec87bde0404

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.

Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:

“Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar”.

A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.

Paylaş: