1778337968 e1819df7295885d7538cdea3e819ee9f 2

Kosta Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib.

Globalinfo.az Azərbaycanın Kosta Rikadakı səfirliyinə istinadən xəbər verir ki, yüzə yaxın ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.

Kosta Rikanın Milli Stadionunda keçirilən mərasimdə ali və yüksək səviyyəli xarici nümayəndə heyətləri ilə yanaşı çoxsaylı yerli sakinlər də iştirak ediblər. Prezident Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni hökumət üzvlərini ictimaiyyətə təqdim edib.

Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kosta Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Kosta Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Daha sonra Kosta Rikanın sabiq Prezidenti Rodriqo Çaves Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət fikirlərini və xoş arzularını ifadə edib. R.Çaves yeni hökumətdə prezidentlik, eyni zamanda maliyyə naziri vəzifələrini tutacaqdır.

Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa çatıb.

1778337972 443adac786b8a6a9e76923132a67e4bb 3 1778337973 ece9a1cd1caad61a2e683669efb3832e 2 1778337977 7b9c7bb72883d99a083c5eb9ccc163cc 1 1778337982 86d6bb1f07f6f5088b1f757fe4fcfb00 1

Paylaş: