pasinyan putin

Hazırda Ermənistanda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edilməsi ilə bağlı referendum keçirməyə ehtiyac yoxdur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz hazırda bunu referendumda səsverməyə çıxarmağı planlaşdırmırıq. Bu, yalnız obyektiv zərurət yarandığı zaman keçiriləcək”, – o deyib.

Paşinyan qeyd edib ki, bu məsələ “siyasi zövq deyil, transformasiya məsələsidir”.

O, həmçinin vurğulayıb ki, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır: “Ermənistan Aİİ-nin tamhüquqlu üzvüdür və tərəfdaşlara hörmətlə yanaşır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin Avropa İttifaqına daxil olmaq üçün referendum keçirə biləcəyini deyib.

Paylaş: