İsrail Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğuna inanır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Netanyahu bu barədə “CBS News”a müsahibəsində bildirib.
“Düşünürəm ki, o, sağdır. Onun vəziyyəti barədə nəsə demək çətindir. O, hansısa bunkerdə və ya gizli bir yerdədir”, – İsrail Baş naziri qeyd edib.
İsrail lideri Müctəba Xameneinin səlahiyyətlərini həyata keçirməyə çalışdığını vurğulayıb. O əlavə edib ki, lakin Müctəba Xameneinin səlahiyyəti atası Seyid Əli Xamenei ilə müqayisədə daha azdır.