sepah 0 900x600 1

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hədəflərinə qarşı istənilən an atəş açmağa hazır olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Bildirilir ki, SEPAH-ın raket və pilotsuz uçuş aparatları regiondakı ABŞ obyektlərini və hərbi gəmilərini hədəf kimi saxlayır və əmr gözləyir.

Qurumun Hava-Kosmik Qüvvələrinin komandanı briqada generalı Sərdər Musəvi deyib ki, İran tanker və ticarət gəmilərinə hər hansı hücum ABŞ obyektlərinə və regiondakı “düşmən gəmilərinə” genişmiqyaslı zərbə ilə cavab veriləcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: