ABŞ Türkiyədən “Sumud” donanmasının tərkibində Qəzzaya 15 gəminin getməsinin qarşısını almağı xahiş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Yeni donanmaya 60 gəmi daxildir. Onların çoxu Krit adasında yolda saxlanılan əvvəlki donanmanın bir hissəsidir.
Hazırda Krit adasında 35 gəmi lövbər salıb. Onların 15-i Türkiyədən, qalanları isə Siciliyadan göndərilib. İsrailin xahişi ilə ABŞ gəmilərin getməsinin qarşısını almaq üçün Türkiyə ilə işləyir və dövlət katibi Marko Rubio da Ankaraya mesajlar çatdırır. Donanmanın 15 maya qədər çatacağı gözlənilir.
Əliyar Xəlil