
ABŞ dövlət katibi Marko Rubionun İranla bağlı son çıxışı sosial mediada gündəm olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Dövlət katibi İranın iqtisadi çətinliklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdiyini etiraf edib:
“Lakin ABŞ-ın İran gəmiləri və limanlarını blokadaya almasını Tehranı kritik bir nöqtəyə çatmağa məcbur edir”.
M.Rubio Yaxın Şərqdəki vəziyyətdən danışarkən məşhur rep qrupunun ifasına istinad edib.
Belə ki, o, “Ice Cube”un “Check Yo Self” hitindən sitat gətirərək İranı iqtisadiyyatı üçün “dağıdıcı nəticələri” nəzərdən keçirməyə çağırıb.
“Onlar problemə düşməzdən əvvəl özlərini yoxlamalıdır”, – deyə Rubio bildirib.
Bu isə sosial şəbəkə platformalarında viral olub, hətta çıxış üzərindən bir sıra gülməli videolar hazırlanıb.
Qeyd edək ki, bundan əvvəl M.Rubionun toyların birində DJ performası gündəm olmuşdu.
Həmin ifanı təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az