sefiri

“ABŞ ilə danışıqların yeri İran üçün əsas məsələ deyil, əksinə bu prosesin bir hissəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi deyib.

Onun sözlərinə görə, Tehran Pakistan hakimiyyətinin səylərini yaxından izləyir və onların hərəkətlərini və təşəbbüslərini nəzərə alır:

“İslamabad həmçinin ABŞ-İran məsləhətləşmələrinin keçiriləcəyi məkan kimi də nəzərdən keçirilir”.

Diplomat vurğulayıb ki, indi balanslı bir razılaşmaya nail olmaq yoluna diqqət yetirmək vacibdir.

Qeyd edək ki, aprelin 26-da İran prezidenti Məsud Pezeşkian ABŞ-ın hərəkətləri ilə Yaxın Şərq böhranının diplomatik yolla həlli istəyi arasında uyğunsuzluq olduğunu deyib.

O, Vaşinqtonun danışıqlara hazır olduğunu bildirməklə yanaşı, Tehrana təzyiq göstərməyə davam etdiyini bildirib. Dövlət başçısı xəbərdarlıq edib ki, bu cür siyasət münaqişənin həllinə və sülhün bərqərar olmasına kömək etmir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: