Moldova Prezidenti Maya Sandu Kişinyovda fəaliyyət göstərən “Rus Evi”nin hüquqi əsasını təşkil edən sazişin ləğvinə dair fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, qərar ölkənin hüquqi nəşri olan “Rəsmi Bülleten”də dərc olunub.
Parlamentin qəbul etdiyi qərara əsasən, Moldova Xarici İşlər Nazirliyinə respublikanın bu müqavilədən çıxması ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərmək tapşırılıb.
Əliyar Xəlil