“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mümkün telefon danışığı barədə hələlik heç bir məlumatı yoxdur”.
Globalinfo.az xəbər verir kii, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, gələcəkdə belə bir söhbət baş tutarsa, dərhal məlumat veriləcək.
Xatırladaq ki, Vladimir Putin amerikalı həmkarı ilə sonuncu dəfə martın əvvəlində telefonla danışıb.
Söhbət ABŞ liderinin təşəbbüsü ilə təxminən bir saat davam edib. Liderlər mövcud beynəlxalq vəziyyəti müzakirə ediblər.
Əliyar Xəlil
Globalinfo.az