Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda qəzaya düşüb.
Globalinfo.az xəbər verir ki, bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəyal Rza Oxu.az-a açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun avtomobilinə, daha sonra isə “Mercedes” markalı digər maşına çırpılıb:
“Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır”.