
Malinin paytaxtı Bamako şəhəri və ətraf bölgələrdə komendant saatı elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər axşam saat 21:00-dan səhər 06:00-dək qüvvədə olacaq və üç gün davam edəcək:
“Bu addım bölgədə sabitliyin və ictimai asayişin qorunması məqsədi daşıyır”.
Qeyd edək ki, aprelin 25-də silahlı qruplaşmalar Bamakonun yaxınlığında yerləşən ölkənin ən böyük ordu bazası olan Katiyə, həmçinin müxtəlif bölgələrində yerləşən onlarla digər şəhərə hücum ediblər.
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb ki, hökumət qüvvələrinin əks-həmlə əməliyyatları nəticəsində “yüzlərlə silahlı” məhv edilib.
Safura Bənnayeva
Globalinfo.az