aptik

“NATO Yaxın Şərqdəki münaqişədən Rusiya ilə açıq qarşıdurmaya hazırlıq üçün istifadə edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-mayor Apti Alaudinov deyib.

“ABŞ, İsrail və İran arasında gedən hərbi əməliyyatlar Qərb ölkələrinin ciddi resurslarını özünə cəlb edib. Hazırda “Amerika və NATO blokunun bir-birindən müəyyən dərəcədə uzaqlaşdığı” görüntüsü yaranıb, lakin bu, yalnız zahiri vəziyyətdir”, – deyə o bildirib.

General sözügedən məsələ ilə bağlı xəbərdarlıq edib:

“Başa düşməliyik ki, bu, məhz NATO blokunun artıq Rusiya ilə açıq qarşıdurmaya çıxması üçün hazırlıq mərhələsidir. Çünki Ukraynanın bu müharibəni qazana bilmədiyini görən Avropa ölkələri artıq açıq şəkildə Moskvaya qarşı müharibəyə hazırlaşdıqlarını dilə gətirirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: