hormuz

Oman Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumunun tətbiqini beynəlxalq hüquqa zidd hesab edir.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi deyib.

Nazirin sözlərinə görə, rəsmi Maskat belə bir addımı dəstəkləmir. Bununla belə, gəmiçilik şirkətləri ilə dəniz təhlükəsizliyi, fövqəladə hallara hazırlıq və ətraf mühitin mühafizəsi sahəsində könüllü xidmətlərin göstərilməsi məsələsi müzakirə oluna bilər.

Əl-Busaidi qeyd edib ki, ABŞİran arasında imzalanan anlaşma memorandumuna əsasən, Hörmüz boğazının və beynəlxalq gəmiçilik marşrutlarının minalardan təmizlənməsinə görə əsas məsuliyyət İranın üzərinə düşür.

Nazir həmçinin vurğulayıb ki, Fars körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlər regionda gərginliyin azaldılması məsələsində ortaq mövqedən çıxış edirlər.

ABŞ-la münasibətlərə toxunan əl-Busaidi son gərginliyin Maskat və Vaşinqton arasındakı tərəfdaşlığa təsir göstərmədiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: