ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirdə atışma olub.
Globalinfo.az CNN-ə istinadla xəbər verir ki, hadisə hotellərin birində keçirilən qəbul zamanı baş verib.
Məlumata görə, atışma səsləri gəldiyi an Ağ Ev rəhbəri təhlükəsiz şəkildə təxliyə olunub. Digər qonaqlar masaların altında gizlənib.
Atəş açan şəxsin əvvəlcə hadisə yerində güllənərək öldürüldüyü barədə xəbər çıxsa da, məlumat sonradan təkzib edilib. Onun saxlanıldığı bildirilir.

Aysel Əliyeva
Globalinfo.az