“İranın ali rəhbəri Müctəba Xameneiyə çıxışın çətin olması Tehran və Vaşinqton arasında danışıqlara mane olur”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin 11-ci kanalı məlumat yayıb.
Bildirilib ki, bu vəziyyət İranın danışıqlar prosesində vahid mövqe sərgiləməməsinin izahıdır:
“Bir tərəfdən SEPAH daha sərt xətt tutur, digər tərəfdən isə İran rəsmiləri, o cümlədən xarici işlər naziri Abbas Əraqçi və Prezident Məsud Pezeşkian fərqli yanaşmalar ortaya qoyurlar.
ABŞ ilə İran arasında mövcud atəşkəsin bir müddət daha uzadılması ehtimalı var”.
Safura Bənnayeva
Globalinfo.az