145394eb 06df 4480 b0b8 b47828b2fa5b

Türkiyədə məktəbdə baş verən qanlı hücumla bağlı yeni detallar açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs “WhatsApp” profilində 2014-cü ildə ABŞ-da kütləvi qətliam törətmiş Elliot Rodcerlə əlaqəli görüntüdən istifadə edib.

Hücum baş verən gün yeniyetmənin atası saxlanılıb və daha sonra həbs edilib. Ailə üzvlərinə məxsus ev və avtomobildən götürülən rəqəmsal materiallar hazırda ekspertiza olunur.

Hüquq-mühafizə orqanları bildirir ki, indiyədək hadisənin terror təşkilatları ilə əlaqəsinə dair hər hansı sübut aşkarlanmayıb və fakt fərdi cinayət kimi qiymətləndirilir.

Qeyd edək ki, Elliot Rodcer 2014-cü ildə Kaliforniyada kütləvi qətliam törətmiş və bundan sonra motivlərini izah edən materiallar yayımlamışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: