Zaqatalada avtomobilin vurduğu piyada ölüb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.
Səfər Kələşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən piyada – 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.