
İsrail ordusunun hərbçiləri bildiriblər ki, Livanın cənubunda keçirdikləri əməliyyatlar zamanı yerli kilsələrdən birinin yaxınlığında hərbi obyekt aşkar ediblər.
Globalinfo.az bildirir ki, ordunun mətbuat xidmətinin açıqlamasına görə, sərhədyanı Əl-Xiyam qəsəbəsi ətrafında hərbçilər kilsənin yaxınlığında yeraltı tunelə giriş və infrastruktur obyektləri tapıblar.
Bundan əlavə, həmin ərazidə yerləşən məktəblərdən birində yüzlərlə silah-sursatın olduğu anbarın aşkar edildiyi bildirilir. Tapılan silahlar arasında tank əleyhinə raketlər və buraxılış qurğuları, minaatan mərmiləri, qumbaralar və minalar, həmçinin atıcı silahlar, partlayıcı maddələr və mina detonatorlarının olduğu qeyd edilir.
İsrail tərəfinin iddiasına görə, “Hizbullah” qüvvələri dini və mülki obyektlərdən hərbi məqsədlərlə istifadə edir.
Əliyar Xəlil
Globalinfo.az