Terrorçularla türk polisi arasında qarşıdurma – ANBAAN VİDEO

Ankarada baş vermiş terror hücumundan sonra terrorçularla Türkiyə polisi arasında qarşıdurma anının görüntüləri ortaya çıxıb. 

Globalinfo.az həmin görüntüləri təqdim edir:

***

Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. Daxili İşlər Nazirliyi yaxınlığında eşidilən partlayış və atəş səslərindən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

TBMM-in Çankaya qapısına da yaxın ərazidə eşidilə partlayış səsi səbəbilə Atatürk bulvarında nəqliyyatın hərəkəti dayandırılıb.

“Saat 08:30 radələrində Daxili İşlər Nazirliyimizin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısına gələn iki terrorçu bombalı hücuma cəhd göstəriblər . Terrorçulardan biri özünü partladıb,digəri isə zərərsizləşdirilib. Hadisə zamanı 2 polis yüngül yaralanıb. Qəhrəmanlarımıza təcili şəfa diləyirəm”, – deyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Əliyar Xəlil
Globalinfo.az