essss1

Martın 25-də saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az bildirir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

    ***15:55

    Gəncədə qadın körpüdən yıxılaraq yaralanıb.

    Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə GəncəBakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə qeydə alınıb.

    Belə ki, xəsarətlər alan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

    Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma başlanılıb.

    eeee
    essssssssssssss

    Paylaş: