Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
“Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitlik naminə Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün dialoqun aparılmasına yönəlmiş səyləri alqışlayır və tam dəstəkləyir.
ABŞ və İranın razılığı olduğu təqdirdə, Pakistan davam edən münaqişənin hərtərəfli həllinə nail olmaq üçün mənalı və yekun danışıqların keçirilməsinə ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyar”,- Şahbaz Şərif bildirib.
Pakistan welcomes and fully supports ongoing efforts to pursue dialogue to end the WAR in Middle East, in the interest of peace and stability in region and beyond. Subject to concurrence by the US and Iran, Pakistan stands ready and honoured to be the host to facilitate…
— Shehbaz Sharif (@CMShehbaz) March 24, 2026