69bda5a72ac5069bda5a72ac51177403639169bda5a72ac4e69bda5a72ac4f

Ağdaşda avtomobilin aşması nəticəsində bir nəfər ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 8 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Paylaş: