kilid

Bakıda intim münasibətdə olmaq üçün görüşdüyü şəxsə xəsarətlər yetirən Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü A.Abbasova cinayət işi açılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində cinsi orientasiyasını dəyişmiş şəxsə xəsarətlər yetirən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma – xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə ittiham edilib. Araşdırma zamanı məlum olub ki, o, H.S-in şəxsi sürücüsü olub və onun oğlu Elvinlə dostlaşıb. Hadisədən əvvəl hər iki şəxs birgə qızla görüşüb intim münasibətdə olmaq istəyiblər və instaqramda bir xanımla tanış olublar. Bütün hadisələr də bundan sonra baş verib.

A.Abbasov istintaqa ifadəsində deyib:

“Elvini 10 ildən artıqdır ki, tanıyıram, onun atasının şəxsi sürücüsü kimi işləmişəm. 12 may 2022-ci il tarixdə saat 13 radələrində 28 May tərəfdə gəzərkən Elvinlə görüşdük, çayxanada oturduq. Söhbət əsnasında Elvin pul ilə görüşən qadın tanıyıb-tanımadığımı soruşdu. Belə bir tanışımın olmadığını dedim, Elvin isə “İnstagram”da axtarıb belə bir qadın tapa biləcəyimizi dedi. Bundan sonra sosial şəbəkədə axtarıb bir səhifə tapdıq. Həmin səhifədə qadın şəkilləri və şəkillərin üzərində pul müqabilində görüşməsi barədə elan yazılmışdı. O, bundan sonra həmin səhifədə qeyd olunan mobil nömrəyə zəng vurduq, telefona qadın cavab verdi. O, həmin qadına görüşmək istidiyimizi bildirdik və 2 nəfər qız olub-olmadığını soruşduq. Telefona cavab verən qadın tək görüşdüyünü və eyni zamanda 2 nəfərlə görüşə biləcəyini dedi. Bu barədə Elvinə dedim, o da razı oldu. Telefona cavab verən qadın 2 nəfərlə görüşmək müqabilində 100 manat alacağını bildirdi. Bundan sonra həmin qadının dediyi ünvana getdik. Mənzilə qalxıb qapını döydük. Qapını qara rəngli uzun saçlı, bədən quruluşuna görə qadına oxşar bir nəfər açdı. Xarici görünüşündən demək olar ki, qadından seçilmirdi. Elvinlə birlikdə mənzilə daxil olduq, bundan sonra həmin şəxs qapını içəridən açarla bağladı və açarı əl barmağına keçirdi. Həmin şəxs danışığından qadına yox, kişiyə oxşadığı üçün onun transgender olmağından şübhələndim. Elvinə dedim ki, bu qadın yox, transdır və dərhal onun əlində olan, Elvinin ona verdiyi 100 manat pulu götürdüm. O, bundan sonra qonaq otağından çıxaraq evin girişinə getdik və ayaqqabılarımız geyindik. Həmin şəxs ayağımdan təpiklə vurdu, barmağında açarı fırladaraq dedi ki, “siz burdan çıxa bilmərsiniz, pulu geri qaytar”. Bu sözlərindən sonra ona zərbələr endirdim. Onu döyərək açarı alıb qapını açdım. Elvinlə birgə çıxıb getdik”.

Cinsiyyətini əməliyyatla dəyişdirmiş Z.Z isə hadisə vaxtı onu döyən şəxsin evdən 400 manata yaxın pul götürdüyünü bildirib: “Bir neçə il əvvəl cinsiyyətimi dəyişmişəm. 3-4 ildir pul müqabilində kişilərlə cinsi əlaqədə oluram. Hadisəyə gəlincə həmin gün 2 nəfərin gələcəyini bilib tez evə getdim. Əl çantamı və cibimdəki pulları stolun üstünə qoydum. Pulu sayıb 385 manat olduğunu bildim. Saat 15:30 radələrində evə 2 nəfər, biri arıq bədənli, təxminən 45 yaşlı, qarabəniz, digəri isə təxminən 35 yaşında, orta bədən quruluşlu, keçəl bir şəxs gəldi. Onlarla əlaqədə olandan sonra 100 manat verdilər. Həmin pulu da stolun üstündə olan 385 manatın üstünə qoymuşdur. Hər iki şəxs qapıdan çıxmaq istəyərkən nisbətən dolu bədənli, adının Elvin olduğunu sonradan öyrəndiyi şəxs qapıda olarkən verdikləri 100 manatı geri istəməyə başladı. Digər şəxs isə üstümə hücum çəkib məni döyməyə başladı. Mən yerə yıxıldım və məni yumruq təpiklə vurdular. Onlar evi tərk edəndən sonra təcili tibbi yardım gəldi, burun və baş nahiyəmdən ciddi xəsarətlər almışdım. Tibbi yardım aldıqdan sonra çıxıb anamın yaşadığı evə getdim”.

Məhkəmədə Z.Z ona xəsarətlər yetirən şəxsi artıq bağışladığını, evdən götürülən 485 manatın qaytarıldığını bildirib.

Nərimanov rayon Məhkəməsi 1989-cu il təvəllüdlü A.Abbasovu 127.2.3-cü maddə ilə təqsirli bilib. Onun 4 ay 9 gün müddətinə həbsdə saxlanılması nəzərə alınaraq ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. A.Abbasova müəyyən edilmiş saatlarda yaşadığı evi tərk etməmək, kütləvi tədbirlərə qatılmamaq şərti qoyulub və üzərinə elektron nəzarət cihazı quraşdırılıb.

Malik
Globalinfo.az

Paylaş: