1761476862 1726653830 peskov 1758547922

2022-ci ildə əldə olunan İstanbul razılaşmaları dəyişən vəziyyətə artıq uyğun gəlmir.

Globalinfo.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı “İstanbul razılaşmalarına” sadiq qalıb-qalmadığı barədə suala cavab verərkən deyib ki, 2022-ci ildə əldə edilən razılaşmalar artıq dəyişmiş vəziyyətə uyğun deyil.

Peskovun sözlərinə görə, həmin vaxtdan bəri vəziyyət xeyli dəyişib. Buna görə də o dövrdə müzakirə olunan razılaşmalar indiki reallıqları əks etdirmir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: