“İran ABŞ və İsrailin hücumlarının başlamasından bəri ilk dəfədir ki, bir Qafqaz ölkəsini hədəfə alıb. Belə ki, onlar pilotsuz təyyarə vasitəsilə iki ölkənin ortaq sərhədi yaxınlığındakı Azərbaycan hava limanına zərbə endirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin məqaləsində qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi pilotsuz təyyarənin İranla həmsərhəd olan Naxçıvandakı hava limanının terminal binasına zərbə endirdiyini, kompleksin bir hissəsinə zərər verdiyini və dörd mülki şəxsin yaralandığını bildirib.

İkinci pilotsuz təyyarə yaxınlıqdakı kənddəki məktəbin yaxınlığında düşüb. Bakı cavab tədbirləri görmək hüququnu özündə saxladığını vurğulayıb.

Digər tərəfdən, Azərbaycanda ABŞ hərbi bazaları yoxdur. Bu hücum isə göstərir ki, İran birbaşa Amerika qüvvələri ilə əlaqəsi olmayan hədəflərə də zərbələr endirə bilər”.

Nəşr bildirib ki, İranda milyonlarla etnik azərbaycanlı yaşayır:

“Təxminlərə görə, onların sayı 15 milyondan 20 milyona qədərdir, çoxu Azərbaycanla həmsərhəd olan şimal-qərb əyalətlərindədir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: