“ABŞ Prezidenti Donald Trampla hər görüşümdə onu inandırmağa çalışıram ki, sabit Avropa Vaşinqtonun maraqlarına uyğundur”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Bu, amerikalıların özləri üçün də sərfəlidir”, – deyə o bildirib.
Kansler həmçinin qeyd edib ki, ötən ilin əvvəlindən ABŞ Ukrayna üçün silah və hərbi texnika alınmasına artıq vəsait ayırmır.
Hazırda yardımı Avropa və digər ölkələrdən ibarət “Könüllülər koalisiyası” göstərir.
“Bu, bizim özümüzün də öhdəsindən gələ biləcəyimizi göstərir”, – deyə Merz vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya dəstək dövlət büdcələri üçün ağır yük yaradır. Buna baxmayaraq, münaqişə başa çatana qədər yardım davam etdiriləcək.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı liderləri 2027-ci ildə Ukraynaya əlavə 70 milyard avro maliyyə ayrılması ilə bağlı razılığa gələ bilməyiblər. Sammit zamanı Ukrayna Prezidenti Volodimir Zelenski gələn il ölkəsinin hərbi xərclərinin 155 milyard avroya çatacağını bildirib.
Əliyar Xəlil
Globalinfo.az