
Dünən hava zərbəsi endirilən Tehranda yerləşən Ekspertlər Şurası binası tamamilə məhv edilib.
Globalinfo.az xəbər verir ki, bunu son yayılan peyk görüntülərindən görmək mümkündür.
Ekspertlər Şurası İranda ən yüksək qanunverici və məsləhətçi orqandır. 88 müctəhiddən (şiə din alimləri) ibarət bu qurum üzvləri 8 illik müddətə birbaşa seçki yolu ilə təyin olunur. Şura həm ali liderin təyinatı və nəzarəti ilə məşğul olur, həm də lazım gəldikdə onun vəzifədən azad olunmasını təmin edir. Qurumun əsas simaları yüksək səviyyəli şiə din xadimləridir.
Eyni zamanda, sosial şəbəkələrdə Şərqi Azərbaycan vilayəti, Marağa şəhərindəki SEPAH bazasının dağıdılması ilə bağlı kadrlara da rast gəlinir.
Əliyar Xəlil
Globalinfo.az