5246899501434789479 1

AzərbaycanErmənistan arasında sülh arxitekturası 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsinə əsaslanır. Sülh prosesinin qurulması ABŞ Prezidenti Donald Trampın təşəbbüsünə əsasən Azərbaycan Prezidentinin də iştirakı ilə 8 avqust 2025-ci ildə sazişin imzalanması nəticəsində zirvəsinə çatdı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Tramp təşəbbüslə çıxış etməyəcəyi təqdirdə sülh prosesi qeyri-müəyyən olardı:

ABŞ liderinin regional sülhün qurulmasında rolu danılmazdır. 2025 ilk il oldu ki, AzərbaycanErmənistan arasında atışma nəticəsində itki vermədik. İndi bölgəmizdə əsl sülh hökm sürür. Biz buna diqqət etməli, laqeyd yanaşmamalıyıq”.

Paşinyan həmçinin regionda sülhün bərqərar olması üçün keçilən vacib mərhələlərdən danışıb. O cümlədən 6 oktyabr 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin dəvəti ilə Avropa Siyasi Birliyinin birinci zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb.

Onun sözlərinə görə, məhz həmin görüşdə ErmənistanAzərbaycan Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanımaq qərarına gəliblər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: