Xatırlayırsızsa, 2017-ci ildə Prezident Ərdoğana qarşı oxşar etiraz hücumu oldu və etirazçılar Prezidentin öz mühafizəçiləri tərəfindən zərərsizləşdirilmişdi. Bəs bu yaşananlar niyə normal deyil?
Niyə Avropada və ABŞ-da bizə qarşı bu pərdəarxası əməliyyatlar aparılır? Bu çox sadədir: Qərb bizdən bir şey istəyəndə və ya razılaşma əldə etmək niyyətində olanda bu cür oyunlar oynayır.
Çünki Qərb bizi “demokratiya” silahı ilə idarə etmək istəyir. Halbuki, özləri demokratiya üçün üzqarası olan hərəkətlər edən bir sivilizasiyadır.
Baxın, Avropada bir neçə azərbaycanlı jurnalist var… onlardan biri bu yaxınlarda Mehriban Əliyevanın qarşısını kəsərək Azərbaycandakı demokratiyanı şübhə altına almaq istəyib. O, həqiqətən də bunu etmək istəyirdi? Əlbəttə ki, yox. Orada onun kimi bir neçə jurnalist var. Onlar kəşfiyyat agentliyi kimi Azərbaycan haqqında sənədlər dərc edirlər. Bu sənədləri onlara kim verir? Əsasən Almaniya kəşfiyyatı və Azərbaycanla enerji müqavilələri bağlamaq istəyən ölkələr. Niyə bu sənədləri onlara verirlər və niyə bu jurnalistlərin danışmasına imkan yaradırlar? Çünki onlar müqavilə bağlanmazdan əvvəl dövlət başçısını küncə sıxışdırmaq istəyirlər. Əgər müqavilə bir sent belə olsa daha ucuza başa gəlsə, həmin jurnalistləri özləri aradan qaldıracaqlar. Bəli, Qərbin ölkəmizdə demokratiya tələbləri enerji müqavilələri ilə bağlıdır və onlar bu müqavilələrin öz maraqlarına xidmət etməsi üçün hər cür çirkli yola əl atacaqlar.
Epşteyn işi də belə deyilmi? Problem Qərbin şeytanlarında deyil, problem Qərbin içimizə yerləşdirdiyi xidmətçilərindədir. Terrorçu olmaq üçün qadın paltarı geyinənlərin və qadın paltarı geyinərək jurnalist olmağa çalışanların sonu bəllidir.
Son söz!
Bir hökuməti və ya dövlət başçısını sevməmək və ya dəstəkləməmək təbii haldır, amma həmin lideri devirmək üçün düşmənə köpəklik etmək əxlaqsız hərəkətdir. Heç bir vətənpərvər türk öz ölkəsindən onu işğal etməyə çalışan ölkələrə şikayət etməz. Mübarizəsində lazım gələrsə, zülmlə qarşılaşar, səssizcə ölər, amma heç vaxt düşmənlə əməkdaşlıq etməz. “Düşmənimin düşməni mənim dostumdur” deyimi şərəfli bir türkə aid deyil.
Müəllif: Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün
Tərcümə etdi: Gülnar Səlimova
Globalinfo.az