İran ABŞ-la danışıqlardan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri ilə nüvə energetikası üzrə texniki müzakirələr aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
AEBA Baş direktoru Rafael Qrossi isə görüşlə bağlı paylaşım edib:
“Sabah Cenevrədə keçiriləcək mühüm danışıqlara hazırlıq olaraq elə indicə İranın xarici işlər naziri ilə dərin bir texniki müzakirələri sonlandırdıq”.
Safura Bənnayeva
Globalinfo.az