rusiya ukrayna 900x600 1

Rusiya Cenevrədə keçiriləcək danışıqlara geniş tərkibli nümayəndə heyəti göndərir.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə danışan mənbə məlumat verib.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə ən azı 15 nəfər daxil olacaq. Heyətdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də yer alacaq. Bildirilir ki, nümayəndə heyətinin bütün üzvləri fevralın 17-də Cenevrə şəhərinə çatacaq.

Mənbə həmçinin qeyd edib ki, Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanacaq.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Cenevrə danışıqlarında Avropa ölkələrinin nümayəndələri iştirak etməyəcək.

Daha əvvəl Peskov açıqlamışdı ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Qeyd olunur ki, danışıqların gündəliyi və müzakirə ediləcək əsas mövzular barədə hələlik rəsmi detallı məlumat açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: