Ukrayna Prezidenti Volodimir Zelenski ölkə üçün təhlükəsizlik zəmanətlərinə dair sənədlərin hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yayımladığı videomüraciət zamanı bildirib.
“Zəmanət sənədləri hazırdır. Təhlükəsizliyə alternativ yoxdur. Sülhə alternativ yoxdur. Dövlətimizin bərpasına alternativ yoxdur. Tək çıxış yolu sülhdür və biz bunu dəfələrlə qarşı tərəfə bildirmişik”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin yaxın günlərdə beynəlxalq səviyyədə mühüm müdafiə və təhlükəsizlik tədbirlərinin keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, Ukraynanın mövqeyi Avropa və ABŞ-da planlaşdırılan görüşlərdə geniş şəkildə təqdim olunacaq.
“Bu həftə əhəmiyyətli beynəlxalq tədbirlər keçiriləcək. Danışıqlar qrupumuz demək olar ki, hər gün gələcək görüşlərdə nəticə verə biləcək sənədlər və təkliflər üzərində işləyir”, – deyə o bildirib.
Zelenskinin fikrincə, etibarlı təhlükəsizlik zəmanətləri uzunmüddətli sülhün təmin olunmasının əsas şərtidir və bu zəmanətlər olmadan münaqişənin dayanıqlı həlli mümkün deyil.
Tahir Turan
Globalinfo.az