Epşteynin ölümü ilə bağlı sensasion sənəd üzə çıxıb. Materiallar arasında milyarder Ceffri Epşteynin ölümü barədə prokurorluğun press-relizinin qaralama variantı aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Sənədlə bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, press-relizin qaralama nüsxəsi 9 avqust 2019-cu il tarixi ilə qeyd olunub. Bu isə Epşteynin rəsmi olaraq ölü tapılmasından bir gün əvvələ təsadüf edir.
Həbsxana qeydlərinə görə, Epşteyn 10 avqust səhər saatlarında Nyu-Yorkdakı həbsxana kamerasında huşsuz vəziyyətdə aşkar edilib.
Araşdırmalar zamanı onun ölümündən əvvəlki gecə mühafizəçilərin tələb olunan yoxlamaları aparmadığı, kameranın yaxınlığındakı müşahidə kameralarının isə fasilələrlə işlədiyi məlum olub.
Bütün bu şübhəli məqamlara baxmayaraq, istintaqın rəsmi versiyası dəyişməz qalır: Epşteynin özünü asaraq intihar etdiyi bildirilir.
Aysel Əliyeva
Globalinfo.az