0x0 kis aylarinda kalbiniz daha fazla calisiyor iste alinmasi gereken onlemler 1769511954485 9

“Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan XİN-in İslamabadda baş vermiş terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq öz “X” hesabında yazıb.

Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda yerləşən məscidlərdən birində partlayış olub. Hadisə nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

Paylaş: