mesrur berzani

“Ərbil İran və ABŞ arasında mümkün münaqişədə iştirak etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kürdüstan Regional Hökumətinin baş naziri Məsrur Bərzani deyib.

“Kürdüstan Regional Administrasiyası hər hansı regional münaqişənin və ya savaşın bir hissəsi olmayacaq.

Biz bu münaqişədən uzaq durmağa çalışırıq. Bu bizim savaşımız deyil və iştirak etməyəcəyik. Kürdüstan sabitlik faktorudur və problemin yox, həllin bir hissəsi olmaq istəyir”, – M.Bərzani qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: