Çin, SpaceX şirkətinin “Starlink” peykləri də daxil olmaqla, aşağı Yer orbitindəki peyklərin işini poza bilən TPG1000Cs adlı dünyanın ilk mikrodalğalı silahını hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Nəşr yazır ki, bu silah bir dəqiqə ərzində 20 giqavatt güclə çalışır Cihazın uzunluğu 4 metr, çəkisi isə 5 tondur. O, yük maşınına, gəmiyə, təyyarəyə və ya peykə quraşdırıla bilər. Əvvəllər oxşar sistemlər fasiləsiz üç saniyədən çox olmayaraq işləyirdi və istifadəsi xeyli çətin idi.
Qeyd edək ki, daha əvvəl BMT Təhlükəsizlik Şurasında çıxış edən Çin nümayəndəsi “Starlink”i milli təhlükəsizliyə təhdid kimi gördüklərini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az