577d46a6 b89f 41ce b7d0 249ca075f995

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başlanılıb.

“Azəriqaz”ın əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən vətəndaş İntiqam Xıdırov saxlanılıb.

***21:23

Nizami rayonu Keşlə qəsəbəsində “Azəriqaz”ın əməkdaşı M.Müzəffərovun abonent tərəfindən döyüldüyü iddia edilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu deyib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.

Həmçinin qeyd edilib ki, ünvana çatan kimi ata oğlu ilə birləşib və onu döyüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Əməkdaş təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunub, izahatları alınıb.

Hadisə aidiyyəti qurumun əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.

Hazırda müraciət üzrə araşdırma aparılır.

Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertizanın təyin edilməsi nəzərdə tutulur.

Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək.

8afc85bf 2f68 437c bd2c 6ff7dd3949da
70c3d13a 129c 4a19 9f3c 94dd95205a0b
3d546e80 a357 42e1 a4f5 337dd707ec5b

Paylaş: