Türkiyənin Antalya şəhərində növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyet” məlumat yayıb.
Hadisə Antalya-İsparta magistralında qeydə alınıb.
İlkin məlumata görə, ağır qəza zamanı 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Qeyd edək ki, səhər saatlarında da eyni şəhərdə 8 nəfərin ölümü, 26-sının yaralanması ilə nəticələnən ağır yol qəzası olmuşdu.