img 20260128 wa0132 27

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı– Qazax avtomobil yolunun rayonun atakişili kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün paytaxta göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: