Kremlin mətbuat katibi Dmitri Peskov Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə bağlı sualı cavablandırmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, o, Rusiya qoşunlarının Yaxın Şərq ölkəsindən çıxarılması məsələsini müzakirə etməkdən yayınıb.
Brifinq zamanı jurnalistlər ondan Əsədin ekstradisiyası ilə bağlı Rusiya-Suriya danışıqları barədə şərh verməsini istəyiblər.
Lakin Kremlin sözçüsü şərh verməkdən imtina edib:
“Suriyadakı Rusiya silahlı qüvvələrinə gəldikdə, bu, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətidir. Şübhəsiz ki, Suriyadakı hərbçilərimizlə bağlı bütün məsələlər danışıqlar zamanı qaldırılacaq”.
Əliyar Xəlil
Globalinfo.az