d31a1c30 d892 380f aab9 e33951d3f521 825

Samux rayonda baş vermiş qəzada 3 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 25.01.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

*** 10:00

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: