
Kommunikasiya yollarının açılması çərçivəsində Türkiyə ilə sərhəddə bir neçə körpünün inşası gözlənilir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Söhbət əsasən “Marqara” və “Axurik” sərhəd-keçid məntəqələri yaxınlığında körpülərin tikintisindən, həmçinin həmin ərazilərdə və Naxçıvan sərhədində yerləşən “Yerasx” (Arazdəyən-red.) bölgəsində gömrük və sərhəd terminallarının inşasından gedir.
İcevan–Qazax istiqamətindəki infrastruktur layihələrinin həyata keçirilməsini də istisna deyil”, – deyə bildirib.
Safura Bənnayeva
Globalinfo.az