ABŞ Prezidenti Donald Trampın son addımı gündəm olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial media hesabında paylaşım edib.
Belə ki, Venesuela Prezidenti Nikolas Maduro həbs edildikdən sonra Tramp “Vikipediya”dan bir ekran görüntüsünü izləyiciləri ilə bölüşüb.
Burada onun adının altında “Venesuelanın müvəqqəti prezidenti”, həmçinin “2026-cı ilin yanvar ayından etibarən vəzifədədir” yazılıb.
Ekran görüntüsü sürətlə istifadəçilər arasında paylaşılıb və müzakirəyə çevrilib.
Əliyar Xəlil
Globalinfo.az