polsa

Polşa Avropanın ən güclü ordusunu yaratmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk 2026-cı il üçün ölkənin prioritetlərini açıqlayıb.

O, Avropanın ən güclü ordusunu yaratmaq istiqamətində işləri sürətləndirəcəklərini deyib.

Tusk 2026-nı ölkənin sürətli inkişaf ili adlandırıb və diqqətin müdafiə potensialının gücləndirilməsinə, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə və sənayenin, o cümlədən müdafiə sektorunun bərpasına yönəldiləcəyini vurğulayıb.

“Biz Avropanın ən güclü ordusunu yaratmağı sürətləndirəcəyik. Eyni zamanda iri infrastruktur layihələrinə yatırımları artıracağıq”, — Tusk qeyd edib.

Bundan əlavə, hökumət cinayətkarlıqla mübarizəni gücləndirməyi planlaşdırır. Baş nazir vurğulayıb ki, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, Polşa 2025-ci ildə iqtisadi artımı sürətləndirə bilib və iri investisiya layihələrinin icrasına başlayıb. Tusk 2026-nın ölkə üçün uğurlu olacağına əminliyini ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: