BU6HN5ZAA5JUBMGAJ7NDMOEXPU

Rusiya Qərb ölkələrinə qarşı hücum planlaşdırmır, lakin cavab hüququnu saxlayır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Moskva yalnız ona və ya müttəfiqlərinə qarşı yönəlmiş təcavüz halında hərbi cavab vermək hüququnu özündə saxlayır. Lavrov vurğulayıb ki, Rusiyaya hücum ediləcəyi təqdirdə cavab “sarsıdıcı” olacaq və bu məsələdə heç bir şübhə olmamalıdır.

O, eyni zamanda qeyd edib ki, Avropada münaqişənin eskalasiyasını dəstəkləyən qüvvələr Rusiyaya strateji zərər vurmaq naminə istənilən itkilərə hazırdır. Lavrovun fikrincə, bu yanaşma təkcə ukraynalıların deyil, Avropa İttifaqı ölkələri əhalisinin rifahını da təhlükə altına qoyur.

Nazir bildirib ki, Avropada formalaşan “müharibə tərəfdarları” Rusiyaya strateji məğlubiyyət yaşatmaq ideyasına siyasi kapital yatıraraq sona qədər getməyə hazırdırlar və bu ambisiyalar onları real nəticələri görməkdən çəkindirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: