Ukrayna Prezidenti Volodimir Zelenski 20 bəndlik sülh planı çərçivəsində Donbasdan qoşunların çıxarılması imkanını istisna etmədiyini bildirib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Zelenski Ukrayna qoşunlarının ölkənin şərqindən məcburi şəkildə çıxarılmasına qarşıdır. Lakin Rusiya tərəfi də eyni addımı atacağı təqdirdə, Kiyev bu variantı nəzərdən keçirə bilər.
Planın əsas məqsədi hər hansı hərbi strukturun nəzarətində olmayan azad iqtisadi zonanın yaradılmasıdır. Jurnalistlərin fikrincə, bu yanaşma Zelenskinin ərazi məsələsində kompromisə doğru atdığı ilk real addım kimi qiymətləndirilə bilər.
Bununla belə, nəşr bildirir ki, belə bir qərarın qüvvəyə minməsi üçün referendum keçirilməsi tələb oluna bilər. Eyni zamanda, Zelenskinin sülh planının tam variantında Ali Radanın təsdiqi ilə bu addımın qarşısının alınması imkanının da nəzərdə tutulduğu qeyd olunur.
Tahir Turan
Globalinfo.az