Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ötən gün yayılan videosu müsəlman dünyasında rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, videoda şahzadə artıq ölkəsində Milad və digər başqa dinlərlə bağlı bayramların qeyd edilməsi üçün heç bir maneənin olmadığını deyir.
“Əvvəllər Milad və digər paqan bayramları qeyd etmirdik. Lakin artıq mənim tapşırığımla İslam dininin şeyx və din alimləri tərəfindən hazırlanan yeni versiyasına sahibik. Bundan sonra yeni vizyonumuza uyğun olaraq xristian, yəhudui və digər dinlərin bayramlarının ölkəmizdə də keçirilməsi üçün heç bir problem yoxdur. Əlimizdə əyləncəyə və bu bayramları qeyd etməyə icazə verən hazır fətvalar var”, – Salman videoda bildirir.
Sözügedən video və çıxış sosial şəbəkələrin ərəb ölkələri, xüsusilə Türkiyə seqmentində sürətlə paylaşılıb, ciddi müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb.
Lakin bəzi ərəb KİV-ləri bu videonun əslində real olmadığını, süni intellektlə düzəldildiyini iddia edir. Vəliəhdin heç bir tədbirdə qeyd olunan fikirləri səsləndirmədiyini yazır. Buna baxmayaraq, sözügedən açıqlamaların sosial şəbəkələrdə paylaşılması davam edir.
Ayşən Mustafa
Globalinfo.az