DSC02425a 1024x681 1

İsrailin xarici işlər naziri Eli Kohen ölkəsinin Kiyevdəki səfirliyinin işini bərpa etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

“İsrail bayrağı yenidən Ukraynadakı səfirliyin üzərində dalğalanır”, – Kohen qeyd edib.

Diplomat vurğulayıb ki, İsrailin Kiyevdəki diplomatik missiyasına yenidən səfir Mixael Brodski rəhbərlik edəcək. İsrailin xarici işlər naziri səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələri gücləndirəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri cümə axşamı Rusiyanın keçənilki işğalından bəri ilk dəfə İsrailin ilk yüksək səviyyəli rəsmisi kimi Ukraynaya səfər edib. O, müharibədən əziyyət çəkən ölkəyə maliyyə yardımı vəd etsə də, İsrailin Ukraynaya silah verməyə hazır olduğuna dair heç nə deməyib.

Paylaş: