Dekabrın 14-də Sidneydə törədilən terror aktında ölənlərin sayı 16 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park bu barədə açıqlama verib.
Onun sözlərinə görə, ölənlər arasında bir uşaq da var, azyaşlı Rendvikdəki uşaq xəstəxanasında ölüb.
“Bu, bütövlükdə cəmiyyətimiz, bütün avstraliyalılar üçün tamamilə dəhşətlidir, lakin yəhudi icması üçün xüsusən ağırdır”, – Park “Nine’s Today Show” verilişində deyib.
Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına göndərildiyini bildirib.
***
Sidneydə baş verən atışmada ölənlərin sayı 12-yə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Bildirilib ki, iştirak edən şəxslərdən birinin kimliyi müəyyən edilib.
“Saxlanılan şübhəli şəxs Yeni Cənubi Uels ştatının Bonniriqq qəsəbəsində yaşayan Navid Akramdır. Hazırda hüquq-mühafizə orqanları onun evində axtarış aparır”, – deyə qeyd edilib.
*** 14:13
Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
Globalinfo.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində terror aktı baş verib.
Məlumata görə, hücum nəticəsində azı 10 nəfər həlak olub, 60 nəfər yaralanıb.
“Hadisə Sidneyin mərkəzi hissəsində, yəhudi icmasının Hanuka bayramını qeyd etdiyi zaman baş verib. İlkin məlumatlara görə hücumu törədən şəxslərin 2 nəfər olduğunu bildirir”, – deyə xarici KİV-lər yazıb.